BAKI, 16 fevral. TELEQRAF

ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu gücləndirməsi ilə bağlı xərclər təxminən 3 milyard dollara çatıb.

Teleqraf xəbər verir ki, "Bloomberg"in məlumatına görə, Karib hövzəsində gücləndirilmiş hərbi mövcudluğa çəkilən xərclər 2,9 milyard dollar təşkil edib. Xərclərin ən böyük maddələrindən biri bölgəyə “Cerald R. Ford” aviadaşıyıcısının və onu müşayiət edən zərbə qrupunun göndərilməsi olub.

Bildirilir ki, bu yerləşdirmə 2025-ci ilin noyabrından bəri ABŞ administrasiyasına təxminən 740 milyon dollara başa gəlib.

Məlumata görə, noyabrın ortalarından yanvarın ortalarınadək bölgədə ABŞ donanmasının təxminən 20 faizi cəmləşdirilib. Bu cür hərbi qruplaşmanın saxlanılması isə gündəlik təxminən 20 milyon dollar xərc tələb edir.