BAKI, 16 fevral. TELEQRAF
Çexiyanın irəli sürdüyü təşəbbüs çərçivəsində Ukraynaya təxminən 4,4 milyon iriçaplı silah-sursat çatdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel bildirib.
Çexiya Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Kiyevə təxminən 1,5 milyon, 2025-ci ildə isə təxminən 1,8 milyon silah-sursat təhvil verilib.
Keçən il tədarük həcmi iki milyona yaxınlaşıb.
2026-cı il üçün əlavə tədarük planları isə hələ rəsmən açıqlanmayıb.
Praqa vurğulayır ki, təşəbbüs Ukraynaya uzunmüddətli dəstək məqsədi daşıyır və Avropa tərəfdaşları ilə birgə əlaqələndirilir.