BAKI, 16 fevral. TELEQRAF
ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton ABŞ Prezidentinin administrasiyası tərəfindən Strateji Hücum Silahlarının Azaldılması haqqında Müqavilənin (DSNV) uzadılmamasını böyük səhv hesab etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Klinton bu fikri Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, müqavilənin müddətinin bitməsinə imkan vermək çox böyük səhvdir və ümid etdiyini bildirib ki, nüvə silahları ilə bağlı razılaşmaların əldə olunması üçün hansısa səylər göstəriləcək.
Xatırladaq ki, DSNV nüvə silahlarının yerləşdirilməsini məhdudlaşdıran son beynəlxalq hüquqi mexanizm hesab olunur və fevralın 5-də qüvvədən düşüb. Müqavilə ABŞ-nin mövqeyi səbəbindən uzadılmayıb. Vaşinqtonda isə daha yaxşı sənədin hazırlanacağına və onun Çini də əhatə edəcəyinə ümid edildiyi bildirilib.