QƏBƏLƏ, 16 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ” və “Sabah” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “bayquşlar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüşdə yeganə qolu 54-cü dəqiqədə Xəyal Əliyev vurub.

Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” xallarını 49-a çatdıraraq liderliyini möhkəmləndirib. Kaxaber Tsxadadzenin komandası isə 14 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, günün daha əvvəl baş tutan qarşılaşmasında “Şamaxı” “Turan Tovuz”la qolsuz heç-heçə edib. Turun əvvəlki oyunlarında isə “Zirə” “Karvan-Yevlax”ı, “Araz-Naxçıvan” “Sumqayıt”ı, “Qarabağ” “İmişli”ni 1:0, “Neftçi” isə “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.