BAKI, 31 yanvar. TELEQRAF

Amerikalı milyarder İlon Mask məşhur maliyyəçi Ceffri Epşteynin qalmaqallı işinin dərc olunması ilə bağlı "X" sosial şəbəkəsində fikirlərini bildirib.

Teleqraf xəbər verir ki, Maskın sözlərinə görə, vacib olan Epşteyn işinin hər hansı bir hissəsinin dərc olunması deyil, onunla birlikdə dəhşətli cinayətlər törədənlərin məsuliyyətə cəlb edilməsidir.

"Ən azı bir nəfər həbs edildikdə, ədalət qalib gələcək. Əgər belə olmasa, deməli, hamısı bir tamaşadır. Bu, diqqəti yayındırmaqdan başqa bir şey deyil", - deyə Elon Mask bildirib.

Daha əvvəl ABŞ Ədliyyə Nazirliyi Epşteynin işinin 3 milyondan çox səhifəsini dərc etmişdi. Bu işdə ABŞ Prezidenti Donald Trampın adı 3 min dəfədən çox çəkilir.

İşə həmçinin 13 yaşlı qızın təcavüzü ilə bağlı Trampa qarşı ifadələr də daxildir.

Zərərçəkmiş ifadəsində Trampın onu 13 yaşında təcavüz etdiyini bildirib.