BAKI, 31 yanvar. TELEQRAF

Ukrayna böhranının həlli ilə bağlı danışıqlar məhsuldardır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidentinin xüsusi nümayəndəsi və RDIF-in baş direktoru Kirill Dmitriyevlə görüşdən sonra bildirib.

"Bu gün Floridada Rusiyanın xüsusi elçisi Kirill Dmitriyev Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün ABŞ-nin vasitəçilik səylərinin bir hissəsi olaraq məhsuldar və konstruktiv görüşlər keçirib. ABŞ Rusiyanın Ukrayna münaqişəsində sülhə nail olmaq səylərindən ruhlanır" - xüsusi nümayəndə qeyd edib.