BAKI, 31 yanvar. TELEQRAF

ABŞ-nin məqsədi İranla danışıqlar aparmaqdır və Vaşinqton bundan nəticə əldə edəcəyinə ümid edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ İran planını Körfəz müttəfiqlərinə açıqlamayıb: "Biz onlara planı deyə bilmərik. Əgər biz onlara planı desəydik, bu, sizə demək qədər pis olardı, hətta daha pis olardı".

“Baxın, plan budur ki, İran bizimlə danışsın və nəsə edə bilək. Əks halda nə olacağını görəcəyik. Oraya gedən böyük bir donanmamız var, Venesuelaya göndərdiyimizdən daha böyükdür"”, - deyə Tram "Fox News"a bildirib.