BAKI, 31 yanvar. TELEQRAF
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində yaşayış binasında baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Teleqraf xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.
Şəhərin yanğınsöndürmə idarəsinin rəisi Məhəmməd Əmin Liaqat bildirib ki, partlayışa səbəb qaz sızması olub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.