BAKI, 1 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin həqiqətən sülh istədiyinə şübhə ilə yanaşıram.
Teleqraf xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Pistoriusun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sülhə nail olmaq üçün diplomatik səylərə yeni təkan versə də, Moskvanın son hərəkətləri sülhü təhdid edir: “İndiyə qədər Rusiyanın həqiqətən sülh axtardığına dair heç bir əlamət görmürəm”.
Almaniyanın müdafiə naziri həmçinin Kremlin hücumlarının heç vaxt mülki şəxslərə və ya mülki infrastruktura qarşı yönəlmədiyi barədə açıqlamalarını da təkzib edib.
Nazirin sözlərinə görə, Putin güzəştə getmək istəyini bildirməyib.