BAKI, 30 yanvar. TELEQRAF

Braziliyanın Baia ştatında cinayətkar qruplaşma üzvləri ilə polis arasında baş verən silahlı toqquşma nəticəsində 8 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "G1" məlumat yayıb.

Bildirilir ki, hərbi və mülki polisin birgə keçirdiyi əməliyyat zamanı 8 şübhəli zərərsizləşdirilib, bir polis əməkdaşı isə yaralanıb.

İlkin məlumatlara əsasən, cinayətkar qrup həbsxanada saxlanılan şəxsləri azad etməyi planlaşdırıb. Əməliyyat zamanı polis tərəfindən silah və döyüş sursatı da müsadirə edilib.