BAKI, 29 yanvar. TELEQRAF
Danimarka Kilsələr Şurası Baş nazir Nikol Paşinyana ünvanlanmış bəyanat yayıb.
Teleqraf xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bəyanatda bildirilib ki, Ermənistanda fundamental insan hüquqlarının təzyiq altında olması ilə ciddi narahatlıq doğurur: "Düşüncə, vicdan və din azadlığı, Ermənistanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyası və BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi də daxil olmaqla beynəlxalq konvensiyalarla qorunan fundamental hüquqlardır".
Qeyd edilib ki, kilsə rəhbərlərinə qarşı hər hansı bir məhkəmə prosesinin, xüsusən də hazırda həbsdə olan dörd yepiskopun işində qanunun aliliyi, mütənasiblik və din azadlığı prinsiplərinə tam hörmətlə aparılmasına çağırırıq: "Bir çox Avropa kilsələri kimi, biz də onların məhkəmə işlərini diqqətlə izləyirik.
Biz Ermənistan hakimiyyətini dialoqun, hüquqi müəyyənliyin və fundamental azadlıqlara hörmətin Ermənistan cəmiyyətinin əsas dəyərləri olaraq qalmasını təmin etməyə çağırırıq".