BAKI, 29 yanvar. TELEQRAF
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri yanvarın 29-da İrana qarşı yeni sanksiyalar paketini qəbul ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Həmçinin bu gün Avropa İttifaqı tərəfindən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aİ-nin terror təşkilatları siyahısına daxil edilməsi gözlənilir.