BAKI, 29 yanvar. TELEQRAF

ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri Prezident Donald Trampı İrana hərbi zərbə endirməkdən çəkindirməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Bildirilir ki, Vaşinqtonun regiondakı tərəfdaşları belə bir addımın Yaxın Şərqi daha genişmiqyaslı münaqişəyə sürükləyə biləcəyindən narahatdır.

Qəzetin məlumatına görə, ABŞ-nin Yaxın Şərq müttəfiqləri son bir neçə həftə ərzində gərginliyin azaldılması və İran İslam Respublikasına mümkün zərbənin qarşısının alınması istiqamətində fəal səylər göstərirlər.