BAKI, 29 yanvar. TELEQRAF

Avropa İttifaqının (Aİ) Rusiyanı çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində "qara siyahı"ya daxil etmək barədə qərarı bu gün qüvvəyə minib.
​Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sənəd üzv dövlətlər tərəfindən hər hansı etiraz olunmadığı üçün yanvarın 29-da rəsmiləşib.

Qara siyahıya düşən ölkələrlə bağlı, Avropa banklarına əlavə nəzarət öhdəlikləri qoyulur.