BAKI, 29 yanvar. TELEQRAF
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, DGK-in sədri Şahin Bağırova “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi verilib.
Bundan başqa, DGK-nin daha üç vəzifəli şəxsinə “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilib:
Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi
Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.