BAKI, 28 yanvar. TELEQRAF

İran ABŞ və İsrail ilə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyur.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

"İndiyə qədər üç mərhələ olub. Birincisi, 12 günlük müharibə, ikincisi isə müharibənin bitməsindən cəmi yeddi ay sonra baş verən iğtişaşlar idi. İndi üçüncü mərhələyə qədəm qoyuruq" - Qəribəbadi qeyd edib.

Qəribabadi vurğulayıb ki, hazırda İran ətrafında baş verən hər şey münaqişənin növbəti mərhələsinin başlanğıcıdır. O həmçinin ABŞ və İsrailin taktikasında dəyişiklik etdiyini açıqlayıb: "Onlar bu dəfə də əvvəlki kimi məğlub olacaqlar. Tehran heç vaxt müharibə istəməyib və indi də istəmir, lakin özünü müdafiə etməyi zəruri hesab edir və diplomatik sahədə irəliləyiş əldə olunsa belə, müdafiəsini gücləndirməyi dayandırmayacağıq".