BAKI, 29 yanvar. TELEQRAF

Monteneqro Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasıyev ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Monteneqro və Azərbaycan arasında güclü, dostluq və tərəfdaşlıq əsasında qurulmuş münasibətlərin mövcudluğu təsdiqlənib, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi əhəmiyyəti vurğulanıb.

Siyasi dialoqun davam etdirilməsi və yaxın zamanda yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə həmçinin Monteneqronun Avropa İttifaqına inteqrasiya prosesi və vizə siyasətinin Aİ qaydaları ilə uyğunlaşdırılması məsələləri müzakirə edilib.