BAKI, 28 yanvar. TELEQRAF
Fransa 2026-cı ildə Ukraynaya əlavə təyyarələr, hava hücumundan müdafiə raketləri və hava bombaları, eləcə də generatorlar tədarük edəcək.
Teleqraf xəbər verir ki,bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna lideri Fransa prezidenti Emmanuel Makronla danışdığını və onunla cəbhə xəttindəki vəziyyəti, aparılan danışıqları müzakirə etdiyini deyib.
“Biz həmçinin Rusiyanın kölgə donanmasına qarşı mübarizəni müzakirə etdik. Emmanuel qanunvericilik səviyyəsində müvafiq işlər barədə danışdı və biz vacib qərarlara ümid edirik. Əlbəttə ki, enerji dayanıqlığımızı necə gücləndirəcəyimizi müzakirə etdik. Ukrayna tezliklə Fransadan generatorlar alacaq. Bu il əlavə olaraq Fransa təyyarələrinin, hava hücumundan müdafiə raketlərinin və hava bombalarının tədarükü də olacaq”, - deyə Zelenski bildirib.
Ukrayna qeyd edib ki, Fransa Rusiyaya təzyiqi artırmaqda qərarlıdır və Rusiya Federasiyasına qarşı Avropa səviyyəsində yeni sanksiyalar üzərində işləyir.