BAKI, 25 yanvar. TELEQRAF
Braziliya prezidenti Luis İnasio Lula da Silva Çin vətəndaşlarının qısamüddətli səfərləri üçün vizasız rejimin tətbiq olunacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yazır.
Məlumata görə, qərar Çinin Braziliya vətəndaşları üçün tətbiq etdiyi vizasız siyasətə cavab olaraq qəbul edilib. Bu addım iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə, humanitar mübadilələrin asanlaşdırılmasına, eləcə də iqtisadi və mədəni əlaqələrin inkişafına xidmət edəcək.
Braziliya prezidentinin administrasiyası bildirib ki, vizasız rejimin qüvvəyə minəcəyi dəqiq tarix əlavə olaraq açıqlanacaq.