BAKI, 23 yanvar. TELEQRAF

Bir neçə Avropa ölkəsi Kiyevin Rusiya və ABŞ ilə üçtərəfli işçi qrupunun Əbu-Dabidə keçirilən iclasında "enerji atəşkəsi"nə nail olmasını səbirsizliklə gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik mənbələrdən TASS-a bildirilib.

Prezident Volodimir Zelenski əvvəllər Kiyevin "enerji atəşkəsinə" hazır olduğunu deyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiyanın Ukraynada atəşkəsə deyil, zəmanətli və davamlı uzunmüddətli sülhə üstünlük verdiyini qeyd edib.