BAKI, 21 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçəvəsində keçirilən “Qarabağ” - "Ayntraxt" (Almaniya) oyununda gözlənilməz hadisə yaşanıb.
Teleqraf-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda hazırda davam edən matçda VAR sistemi işləmir.
Belə ki, görüşün 4-cü dəqiqəsində Ağdam klubunun futbolçusu Kamillo Duran qol vuran zaman texniki problem yaşanıb. İsveçrəli FIFA referisi Sandro Şerer 7-ci dəqiqədə hər iki komandanın kapitanını yanına çağıraraq problemi izah edib.
Eyni hal 11-ci dəqiqədə rəqibin oyunçusu Can Uzun fərqlənərkən də yaşanıb.
Qeyd edək ki, hazırda davam edən görüşdə hesab 1:1-dir.