BAKI, 19 yanvar. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şaraanı atəşkəs münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi kabinet iclasından sonra bildirib.
“Suriya ordusunun əməliyyat müddətində mülki əhalinin zərər görməməsi üçün bir cərrah dəqiqliyi ilə hərəkət etməsi təqdirəlayiqdir. Suriyanın şimalını işğal altında saxlayan silahlı qrupların təxribatlarına baxmayaraq, Suriya ordusu sınaqdan uğurla çıxdı”, – Ərdoğan qeyd edib.