BAKI, 19 yanvar. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq planına qarşı çıxan Avropa ölkələrini əlavə gömrük rüsumları ilə hədələməsini tənqid edib.

Teleqraf "Bild"ə istinadən xəbər verir ki, F.Merts bu cür addımların münasibətlərə xələl gətirdiyini, gərginliyi artıdrdığını deyib.

"Gömrük rüsumlarından ilk növbədə ən çox idxalçı ölkənin istehlakçıları, amerikalılar əziyyət çəkəcək. Rüsumlar həmçinin Almaniya və bütövlükdə Avropa iqtisadiyyatı da mənfi təsir göstərəcək. Problemin dialoq yolu ilə həll edilməlidir. Zərurət yaranacağı təqdirdə Avropa İttifaqı cavab tədbirləri görəcək" - kansler bildirib.