BAKI, 19 yanvar. TELEQRAF

Fransa Qəzza Sülh Şurasına qoşulmaq dəvətini rədd etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makrona yaxın mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Məqalədə deyilir ki, Fransa bu mərhələdə Trampın "Sülh Şurasına" qoşulmaq dəvətini rədd etmək niyyətindədir.

Mənbə bildirib ki, təşəbbüs BMT-nin rolu ilə bağlı suallar doğurur.

16 yanvarda Tramp Qəzza üzrə Sülh Şurasının yaradıldığını elan edib.