BAKI, 19 yanvar. TELEQRAF
Çexiyanın Baş naziri Andrey Babiş Qrenlandiyanı tapmaq üçün "böyük və gözəl" qlobus aldığını deyib.
Teleqraf xəbər verir ki, bununla bağlı siyasətçi deyib: "Qrenlandiyanın harada olduğunu daha yaxşı görmək üçün böyük və gözəl bir qlobus aldım".
Babiş ABŞ və Avropa ölkələrini münaqişəyə girmək əvəzinə, NATO daxilində Qrenlandiya ilə bağlı razılığa gəlməyə çağırıb. O, ABŞ Prezidenti Donald Trampın Rusiya və Çinin Qrenlandiyanı təhdid etməsi ilə bağlı iddialarını fakt kimi qiymətləndirib.
Tramp daha əvvəl Avropanın Qrenlandiyaya deyil, Ukrayna münaqişəsinə diqqət yetirməli olduğunu bildirib . Ağ Ev rəhbəri onun adanı əldə etmək cəhdlərinə müqavimət göstərən Avropa liderlərini yeni gömrük rüsmları ilə təhdid edib.
Tramp bildirib ki, adanın alınması ilə bağlı razılaşma əldə olunmazsa, Qrenlandiyanın ABŞ-a qoşulmasına qarşı çıxan Avropa ölkələrinə tariflər tətbiq etməkdə 100% qərarlıdır.