BAKI, 19 yanvar. TELEQRAF
Kiyev Rusiyaya qarşı asimmetrik əməliyyatlar hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.
"Biz Rusiyaya qarşı asimmetrik əməliyyatlarımıza hazırlıqları davam etdiririk. Ukrayna Təhlükəsizlik Xidməti və digər dövlət qurumları bütün zəruri resurslarla tam təmin edilib" - açıqlamada qeyd olunur.
Yanvarın 5-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk vəzifəsindən istefa verdiyini bəyan edib. O, Rusiyaya maksimum ziyan vurmaq üçün silahlı qüvvələrdə qalacağını qeyd edib.