BAKI, 19 yanvar. TELEQRAF
Valentino moda evinin qurucusu italyan dizayner Valentino Klemente Ludoviko Garavani 93 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Garavani Mədəni-Tarixi Fondu açıqlama yayıb.
Dəfn mərasimi yanvarın 23-də saat 11:00-da Roma şəhərinin mərkəzində, Respublika meydanı, 8 ünvanında yerləşən Santa-Maria-degli-Angeli bazilikasında keçiriləcək.
Valentino Garavani 1932-ci ildə İtaliyanın şimalında anadan olub. Məktəbdən sonra Milandakı İncəsənət Akademiyasında və Parisdəki Yüksək Moda Sindikatının məktəbində təhsil alıb. Bundan əlavə, o, fransız modelyerləri Jan Desse və Gi Laroşanın yanında təcrübə keçib. İtaliyaya qayıtdıqdan sonra Romada öz tikiş emalatxanasını açıb. 1960-cı illərin əvvəlində Cankarlo Cammetti ilə birlikdə "Valentino" moda evini təsis edib.