CƏLİLABAD, 19 yanvar. TELEQRAF
Cəlilabad rayonunun Maşlıq kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, avtomobil kənd sakini, 1964-cü il təvəllüdlü İmanov Şirxan Rəşid oğlunu vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Hadisənin başvermə səbəbləri və sürücünün şəxsiyyəti dəqiqləşdirilir.