BAKI, 19 yanvar. TELEQRAF
Avropa Qrenlandiyaya deyil, Ukrayna münaqişəsinə diqqət yetirməlidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "NBC News"a açıqlamasında deyib.
O, milli təhlükəsizliyi xarici təhdidlərdən təmin etmək üçün adaya sahib olmaq istədiklərini, lakin Avropa liderlərinin buna müqavimət göstərdiyini bildirib: "Avropa Rusiya ilə Ukrayna arasındakı müharibəyə diqqət yetirməlidir, çünki açığı, bunun nəyə gətirib çıxardığını görürsünüz".
Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin 2009-cu ildə muxtariyyət qazandı.
Yanvarın 5-də Tramp ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya ərazisi üzərində nəzarət yaratmaq planlarını açıqlayəb.
Danimarka Müdafiə Nazirliyi ABŞ-nin adaya mümkün hücumuna cavab veriləcəyini bildirib.