BAKI, 17 yanvar. TELEQRAF
Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda “Kiyevdə partlayış səsləri eşidilir” deyə qeyd olunub. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Hazırda şəhərdə və Ukraynanın bir sıra vilayətlərində hava həyəcanı elan edilib. Yanvarın 16-sı axşam saatlarında Ukraynanın bütün ərazisində hava həyəcanı siqnalı verilmişdi.
Rusiya Müdafiə Nazirliyində isə bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin hədəflərinə endirilən zərbələr Kiyev rejiminin Rusiyada mülki obyektlərə qarşı həyata keçirdiyi terror aktlarına cavab xarakteri daşıyır.