BAKI, 16 yanvar. TELEQRAF
İranda iğtişaş iştirakçıları xarici sifarişləri yerinə yetiriblər.
Teleqraf xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib.
Onun sözlərinə görə, iğtişaşlar zamanı törədilmiş hər bir cinayətin qiyməti olub: "Qətl üçün 500 milyon tümən (20 min manat),
avtomobil yandırılmasına görə 200 milyon tümən (8 min manat), polis bölməsinin yandırılmasına görə 80 milyon tümən (3 min manat), vandalizm aktı törədilməsinə görə 15 milyon tümən (600 manat)".
Nazir bildirib ki, qətlləri agentlər törədib.
İran hakimiyyət orqanları etirazları İsrail və ABŞ ilə 12 günlük müharibənin davamı kimi görürlər. Tehran bütün təxribat hallarını araşdıracağını bəyan edib.