BAKI, 17 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ötən gün Venesuela müxalifət lideri Maçadonin ona təqdim etdiyi rəmzi Nobel Sülh Mükafatından danışıb.

Teleqraf xəbər verir ki, "FOX TV" Trampdan bu hədiyyəni nə üçün qəbul etdiyini soruşub.

Tramp cavabında bildirib: "Təklif Maçadodan gəldi. Mən də bunun çox xoş niyyət olduğunu düşündüm. O dedi ki, mən səkkiz müharibəni dayandırmışam və tarixdə heç kim bu mükafata məndən daha çox layiq deyil. Və mən bunun çox gözəl bir jest olduğunu düşündüm. Yeri gəlmişkən, düşünürəm ki, o, əla qadındır; Biz yenidən danışacağıq”.