BAKI, 17 yanvar. TELEQRAF

NATO-nun sabiq baş katibi Yens Stoltenberq Vaşinqtonun alyansdan çıxmaq ehtimalının mümkün olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb.

“Heç nə əbədi deyil, hər şey dəyişə bilər. ABŞ-nin NATO-da qalacağına dair zəmanət verə bilmərəm”, - Stoltenberq bildirib.

Sabiq baş katib hesab edir ki, alyans ABŞ-nin NATO-da aktiv müttəfiq kimi qalmasından asılı olmayaraq transatlantik birliyin qorunması üçün ciddi addımlar atmalıdır.

O, həmçinin Qrenlandiya ətrafında yaranmış vəziyyətlə bağlı ABŞ-nin bəyanatlarına ciddi yanaşmağın vacibliyini vurğulayıb. Stoltenberq qeyd edib ki, Vaşinqton Qrenlandiyaya nəzarət etmək istədiyini açıq şəkildə bəyan edirsə, bu niyyətləri yüngül qiymətləndirmək olmaz.Stoltenberqin sözlərinə görə, beynəlxalq münasibətlərdə heç nə dəyişməz deyil: