BAKI, 16 yanvar. TELEQRAF
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İrana qarşı sanksiyalara daxil olan şəxslərin və təşkilatların siyahısını genişləndirib.
Teleqraf xəbər verir ki, Yəmənin şimalını idarə edən şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husilər) ilə əlaqələrinə görə 21 fiziki və hüquqi şəxs, eləcə də bir tanker məhdudiyyətlərə məruz qalıb.