BAKI, 16 yanvar. TELEQRAF
İranın keçmiş Prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin həbs olunduğuna dair iddialar güclənir.
Teleqraf xəbər verir ki, bu barədə "First Middle East" Telegram" kanalı məlumat yayıb.
"Ruhani və Zərif Qərblə sıx əlaqələrin tərəfdarı olan radikal islahatçılar qrupunun üzvləridir. Hər iki siyasətçi İranda 2015-ci ildə əldə edilən çox məşhur nüvə sazişinə görə məsuliyyət daşıyır. Mühafizəkar həmvətənləri onları xain hesab edirlər" - məlumatda bildirilir.
Ruhani və Zərifin həbs xəbəri rəsmi olaraq təsdiqlənməyib.
"Cedaal" tok-şousunda parlament üzvü Əbülqasim Cərrərə və digər tanınmış siyasətçi Meysəm Nadi məlumatı təsdiqləyiblər.