BAKI, 16 yanvar. TELEQRAF

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun avtoqəzada ağır xəsarətlər aldığı bildirilir.

Teleqraf xəbər verir ki, ilkin məlumatlara görə, Adam Kadırov xəstəxanaya aparılıb. Qəzadan sonra Qroznının mərkəzinin mühasirəyə alındığı bildirilir.

Məlumatlarda həmçinin iddia olunur ki, qəzadan sonra respublika xəstəxanası xəstələrə xidmətini dayandırıb.

Kadırovun Moskvaya təxliyəsi planlaşdırıldığı deyilir.

Təsdiqlənməmiş məlumatlara görə, UFC döyüşçüsü Həmzət Çimayev də maşında olub.

Hazırda hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir.

***
22:30

Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Qroznıda avtomobil qəzasına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Çeçenistan Telegram kanalları məlumat yayıb.

"Kortej, həmişəki kimi, yüksək sürətlə hərəkət edərkən qəfildən maneəyə çırpılıb. Nəticədə maşınlar toqquşub. Xeyli sayda itki var" - məlumatda qeyd olunur.