BAKI, 17 yanvar. TELEQRAF
Beynəlxalq Atom Enerjisi Agentliyinin ( BAEA ) mətbuat xidmətinin məlumatına görə, Rusiya və Ukrayna Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər .
Teleqraf xəbər verir ki, BAEA-ya görə, bu, Zaporojye Atom Elektrik Stansiyasındakı yeganə ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək.