BAKI, 17 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin yeni rəhbəri ilə bağlı qərar verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bunu jurnalistlərə verdiyi açıqlamada bildirib.

ABŞ lideri hazırkı FED rəhbəri Cerom Pauellin səlahiyyət müddəti başa çatdıqdan sonra quruma kimin rəhbərlik edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib:

“Mənim anlayışıma görə, bu məsələ artıq həll olunub”.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl dəfələrlə Federal Ehtiyat Sisteminin hazırkı rəhbəri Cerom Pauelli tənqid edib.