BAKI, 16 yanvar. TELEQRAF
Dövlət Dumasına immiqrantların sağlamlıq məsələsi ilə bağlı üç qanun layihəsi təqdim edilib.
Teleqraf xəbər verir ki, qanun layihəsini jurnalistlərə Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya ("Vahid Rusiya") açıqlayıb .
"Biz Rusiya Federasiyasına iş üçün gələn əcnəbilərin sağlamlıq təhlükəsizliyinə dair sənədli sübutların ardıcıllığı, nəzarəti və etibarlılığı ilə bağlı üç əhatəli qanun layihəsi hazırlamışıq ", - deyə deputat bildirib.
Yarovaya vurğulayıb ki, tibbi müayinədən keçməyən immiqrantlar üçün cəzanın artırılması və məhkəmənin qərarı ilə deportasiya edilməsi təklif olunur. Təşəbbüsdə saxta tibbi müayinə arayışından istifadə edən immiqrantların dörd ilə qədər həbs və 1 milyon rubla qədər cərimə də daxil olmaqla cinayət məsuliyyətinə cəlb edilə biləcəyi bildirilir. Həmçinin immiqrantların tibbi müayinə hesabatlarının elektron formata çevrilməsi təklif olunur.
Sənədlərə görə, immiqrantların tibbi müayinəsinin aparılması qaydasını pozan tibb təşkilatlarına 1 milyon rubla qədər cərimə təklif olunur.