BAKI, 17 yanvar. TELEQRAF
Braziliya Quru Qoşunları Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin (HHM) təcili şəkildə gücləndirilməsində və pilotsuz uçuş aparatlarından ibarət öz donanmasının yaradılmasında israr edir.
Teleqraf xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı braziliyalı general Tomas Payvaya istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Braziliya prezidenti Luis Inasiu Lula da Silva silahlı qüvvələrin rəhbərliyi ilə müşavirə keçirib. Payva dövlət başçısına təqdim etdiyi məruzədə ölkənin müdafiə qabiliyyətində “strateji zəifliklər”in mövcudluğunu qeyd edib.
General orta və uzaqmənzilli HHM sistemlərinin yenilənməsinin, helikopter parkının modernləşdirilməsinin, eləcə də kəşfiyyat və zərbə məqsədli pilotsuz uçuş aparatlarının alınmasının vacibliyini vurğulayıb.