BAKI, 17 yanvar. TELEQRAF
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-nin Prezidenti Nikolas Maduronun ələ keçirilməsi məqsədilə həyata keçirdiyi əməliyyat nəticəsində 83 nəfərin öldüyünü, 112-dən çox şəxsin yaralandığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Primicia" nəşri yazıb.
Nazirin sözlərinə görə, əməliyyat zamanı 47 venesuelalı hərbçi həlak olub, onların arasında doqquz qadın da var.
Daha əvvəl bildirilib ki, Venesuela prezidenti Nikolas Maduronun müdafiəsi zamanı ABŞ əməliyyatı çərçivəsində 32 kubalı ölüb.