BAKI, 17 yanvar. TELEQRAF
"Samvel Karapetyana qarşı həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət rədd edilib və ev dustaqlığı tətbiq edilib".
Teleqraf xəbər verir ki, bu fikirləri erməni mətbuatına vəkil Aram Vardevanyan deyib.
"Vəkillər komandası ilə 14 saatlıq məhkəmə iclası baş tutdu. Siyasi təqiblərin absurd intensivliyi. Samvel Karapetyana qarşı həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət rədd edildi, ev dustaqlığı tətbiq edildi. Bu, daha bir intensiv profilaktik tədbirdir. Yeri gəlmişkən, Samvel Karapetyanın ictimai çıxışına qoyulan məhdudiyyət də aradan qaldırılıb", - deyə vəkil bildirib.
***
09:04
Yeni il ərəfəsində yarım ildən çox həbsdə olan “Bizim Yolumuz” hərəkatının lideri milyarder Samvel Karapetyan gözlənilmədən DTX-nin təcridxanasından azadlığa buraxıldı.
Teleqraf xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Keçmiş hakim Sarqis Petrosyan milyarderin ev dustaqlığı üçün 10 milyon dollardan çox girov qoyub. Bir neçə həftədir ki, hökumətin niyə və nəyin qarşılığında belə bir addım atması ilə bağlı aktiv müzakirələr gedir, razılaşma varmı, bəlkə də Paşinyan Putinlə görüş zamanı belə bir əmr alıb?
Müzakirələrin getdiyi ərəfədə apellyasiya məhkəməsi birinci instansiyanın qərarını ləğv edərək Samvel Karapetyanı həbsdə saxlayıb.