BAKI, 17 yanvar. TELEQRAF

ABŞ-nin Federal Aviasiya Administrasiyası (FAA) hərbi aktivlik fonunda Latın Amerikasının bəzi ölkələri üzərində uçuşların riskli ola biləcəyi ilə bağlı ABŞ aviaşirkətlərini xəbərdar edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

FAA ABŞ operatorlarına Meksika, Panama, Kolumbiya, Mərkəzi Amerika ölkələri, həmçinin Sakit okeanın və Cənubi Amerikanın bəzi hissələri üzərində uçuşlar zamanı ehtiyatlı olmağı tövsiyə edib. Bildirilib ki, xəbərdarlıq hərbi fəaliyyət və peyk naviqasiya sistemlərinin işində mümkün maneələrlə əlaqədardır.

Qurum uçuşların bütün mərhələlərində hava gəmiləri üçün potensial risklərin mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, yanvarın 3-də FAA hərbi aktivlik səbəbindən ABŞ-nin kommersiya təyyarələrinin Venesuela hava məkanında uçuşlarını qadağan etmişdi.