BAKI, 17 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı hədələri fonunda Kanadanın baş naziri Mark Karni NATO-nun 5-ci maddəsinə diqqət çəkib.
Teleqraf xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Mark Karninin sözlərinə görə, NATO çərçivəsində tərəfdaşlıq qüvvədə qalmaqda davam edir və Alyansın Nizamnaməsinin 5-ci və 2-ci maddələri üzrə öhdəliklər dəyişməzdir.
“Bizim tərəfdaşlığımız qüvvədədir, NATO Nizamnaməsinin Beşinci və İkinci maddələri üzrə öhdəliklərimiz qüvvədə qalır və biz onları tam şəkildə dəstəkləyirik”, - deyə Karni bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Kanada Qrenlandiyanın öz gələcəyini müstəqil şəkildə müəyyən etməli olduğu mövqeyindədir.