BAKI, 15 yanvar. TELEQRAF
ABŞ Cənub-Çin dənizindən aviadəstək qrupunu Yaxın Şərqə yönəldib.
Teleqraf xəbər verir ki, bu barədə "NewsNation" telekanalının jurnalisti Kelli Meyer məlumat verib.
Jurnalistin məlumatına görə, bu qüvvələr ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olan Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikaya təxminən bir həftə ərzində çatacaqlar.