BAKI, 14 yanvar. TELEQRAF
ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün bütün viza prosedurlarını dayandırır.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Telekanalın məlumatına görə, Dövlət Departamenti konsulluq işçilərinə viza verməkdən imtina etmək əmri verib.
Vətəndaşlarına viza verilməsi müvəqqəti olaraq dayandırılan ölkələrin siyahısına Rusiya, İran, İraq, Somali, Əfqanıstan, Braziliya, Misir, Nigeriya, Tayland, Yəmən və digərləri daxildir.
Dayandırılma 21 yanvarda başlayacaq və agentlik viza müraciəti prosesini yenidən qiymətləndirənə qədər qeyri-müəyyən müddətə davam edəcək.