BAKI, 14 yanvar. TELEQRAF
Ukraynanın "Obozrevatel" nəşri mənbələrinə istinadən Yuliya Timoşenko və Ali Radanın “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya ilə bağlı axtarışların aparıldığını yazıb.
Teleqraf xəbər verir ki, məlumata görə, hüquq-mühafizə orqanları hər iki siyasətçi ilə əlaqəli ünvanlarda istintaq tədbirləri həyata keçirir.
Axtarışların səbəbləri və nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosu parlament deputatlarının ələ alınması ilə bağlı cinayət işi üzrə Ali Radanın fraksiyalarından birinin rəhbərinin şübhəli bilindiyini açıqlamışdı. Həmin vaxt şübhəli şəxsin adı açıqlanmayıb və əlavə detalların sonradan təqdim olunacağı bildirilmişdi.