BAKI, 14 yanvar. TELEQRAF
İstintaq Komitəsi Müdafiə Nazirliyinin sabiq müavini Bulqakovun işi üzrə istintaqı başa çatdırıb.
Teleqraf xəbər verir ki, Rusiya İstintaq Komitəsi Müdafiə Nazirliyinin sabiq müavini, ordu generalı Dmitri Bulqakov barəsində cinayət işi üzrə istintaq hərəkətlərini yekunlaşdırıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS agentliyinə müsahibəsində məlumat verib.
“Əvvəllər Rusiya müdafiə nazirinin müavini vəzifəsini tutmuş Dmitri Bulqakov barəsində istintaq hərəkətləri tamamlanıb”, - deyə Bastrıkin bildirib.
Onun sözlərinə görə, Bulqakov 2024-cü ildə mütəşəkkil cinayətkar qrupun tərkibində 49 milyon rubldan artıq vəsaiti mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, daha əvvəl "RIA Novosti" məhkəmə materiallarına istinadən Bulqakovun qızına məxsus əmlakın dəyəri 49 milyon rubldan çox olmaqla dondurulduğunu yazmışdı. Bu tədbir dələduzluqla bağlı cinayət işi çərçivəsində görülüb.