BAKI, 14 yanvar. TELEQRAF

ABŞ regiondakı gərginlik fonunda bəzi hərbi qulluqçularına Qətərdəki Əl-Udeyd hava bazasından çıxmağı tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, üç diplomat Vaşinqtonun İrandakı etirazçıları qorumaq üçün mümkün müdaxilə ilə bağlı xəbərdarlıqları fonunda bəzi işçilərə Qətərdəki Əl-Udeyddəki ABŞ hərbi bazasından çərşənbə axşamına qədər çıxmalarının tövsiyə olunduğunu bildirib.

Bu xəbərdarlıq Vaşinqtonun İrandakı etirazçıları qorumaq üçün mümkün müdaxilə ilə bağlı açıqlamaları fonunda edilib.