GƏNCƏ, 14 dekabr. TELEQRAF

Bakı-Qazax-Gürcüstan avtomagistralında yol qəzası baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə avtomagistralın Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Toyota" markalı avtomobil "VAZ 21099" markalı maşınla toqquşub. Qəza nəticəsində 18 yaşlı Sevda Babacanova və 21 yaşlı Çiçək Əliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

19:00

Bakı-Gəncə-Qazax avtomagistralında yol qəzası baş verib.

Teleqrqaf-ın Qərb bürosu xəbər verir ki, hadisə avtomagistralın Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Toyota" markalı avtomobil "VAZ 21012" markalı maşınla toqquşub. Qəza yerinə yol polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı araşdırılır.